Главная > Siyasət / Manşet > “28 may-tariximizin ən şanlı və ən parlaq səhifələrindəndir”

“28 may-tariximizin ən şanlı və ən parlaq səhifələrindəndir”


19-05-2022, 20:03. Разместил: admin44

19 may 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında Dövlət Müstəqilliyi günü münasibəti ilə “28 may-tariximizin ən şanlı və ən parlaq səhifələrindəndir”   mövzusunda fəal qadınlarla tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Seyfəddin Əliyev Dövlət Müstəqilliyi günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” haqda ətraflı məlumat vermişdir.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri  Seyfəddin Əliyev 28 May tarixini Azərbaycan xalqının milli kimliyini tapdığı gün kimi qiymətləndirib. Cümhuriyyət yaranana kimi xalqımızın keçdiyi tarixi yoldan danışan rayon təşkilatının sədri Azərbaycanın olduqca mürəkkəb şəraitdə öz müstəqilliyini elan etməsinin böyük cəsarət tələb etdiyini vurğulayıb. Yenidən müstəqilliyə qovuşduqdan sonra ölkəmizin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyini bildirən Seyfəddin Əliyev hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Nitqinə davam edən Seyfəddin Əliyev Azərbaycanın Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıb. Müsəlman Şərqində ilk demokratik respublika olan AXC-nin ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdığını deyən natiq bu dövlətin cəmi 23 ay yaşamasına baxmayaraq böyük işlər gördüyünü qeyd edib.

Seyfəddin Əliyev çıxışını davam etdirərək qeyd etdi ki, 15 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Mayın 28-i Müstəqillik Günü, Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Seyfəddin Əliyev müstəqilliyimizin qorunub saxlanmasında əvəzsiz rolu olan, Azərbaycanın gündən-günə güclənən siyasi və iqtisadi potensialının formalaşmasının əsasını qoyan ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıb. Məhz Heydər Əliyevin yürütdüyü məqsədyönlü və uzaqgörən siyasət nəticəsində bu gün də Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını və beynəlxalq arenada müstəqil bir dövlət kimi öz sözünü deməyi bacardığını, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycanın regionda iqtisadi və siyasi cəhətdən lider dövlətə çevrildiyini qeyd edib. Seyfəddin Əliyev hal-hazırda Azərbaycanın heç vaxt olmadığı qədər güclü olduğunu qeyd edərək hər bir vətəndaşın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini vurğulayıb.

Tədbirdə Viləş uşaq bağçası, körpələr evi ərazi partiya təşkilatının sədri Şəfa Allahverdiyeva, Şəhər 3 saylı məktəb ərazi partiya təşkilatının sədri Nailə Əsədullayeva, Dəfinə lisey ərazi partiya təşkilatının sədr müavini Jalə Mürşüdova, fəal qadınlardan Mətanət Paşayeva, Aynur Qardaşova, Natavan Əliyeva və başqaları müstəqillik yolunda xalqımızın çoxillik mübarizə tarixindən, müstəqilliyin bərpasında və onun qorunmasında ümummilli liderimizin xidmətlərindən, bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад