Главная > Siyasət / Manşet > Masallıda vətəndaşların növbəti qəbulu olmuşdur

Masallıda vətəndaşların növbəti qəbulu olmuşdur


20-05-2022, 19:55. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir.
20 may 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların növbəti qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 10 nəfərə yaxın vətəndaş — Rəsulova Məryəm Vəli qızı, Zahirov Cəlil Vəliyulla oğlu, Şükürova Cahan Ağacan qızı, Həsənov Həsən Hüseyn oğlu, Həşimov Siruz Bəhruz oğlu, Rəhimov Habil Əli oğlu, Şaliyeva Aygün Fərahim qızı, Mehdiyev Ülvi Nizami oğlu, Səlimov Məmməd Vahid oğlu və başqaları iştirak etmiş, əsasən maddi kömək, bələdiyyə və pay torpağı, torpaq münaqişəsi, ev problemi, iş ilə təminat, ünvanlı sosial yardım, məhkəmə qərarı, özünəməşğulluqla, qanunsuz işdən çıxması və s. bağlı müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад