Главная > Siyasət > Azərbaycan-Litva biznes forumu

Azərbaycan-Litva biznes forumu


22-05-2022, 19:47. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumun açılışında iştirak ediblər.
Dövlət başçıları biznes forumda çıxış ediblər.
         
Cənab Preziden İlham Əliyev  Litva Prezidentinin rəsmi səfəri zamanı bir sıra mühüm məsələlərə toxundu. Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki, biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirdi. Hər iki ölkə üçün  İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Birgə hökumətlərarası komissiya ölkələrarası  işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Çünki hər iki ölkə arasında münasibətlərimizin çox yaxşı siyasi təməli var.
Prezident İlham Əliyev qeyd edib ki, həm ikitərəfli, həm də geniş tərkibdə görüşlər zamanı iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, təhsil, enerji, idman və başqa sahələrdə əməkdaşlığın müxtəlif aspektləri geniş müzakirə olunub.
           
Biznes forum planları hər iki ölkə üçün biznes mühiti, sərmayə də daxil olmaqla geniş imkanlar yaradacaqdır.
             
Azərbaycanda biznes mühiti investorlar üçün əlverişlidir deyən möhtərəm Prezident biz 10 milyardlarla birbaşa xarici investisiyadan, xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir. İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi  bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük.
           
Nəqliyyat sektorunda əməkdaşlıq məsələlərini də müzakirə edərək, biznes dairələri üçün və bir-birinə o qədər də yaxın yerləşməyən ölkələr arasında əməkdaşlıq üçün bu dayanıqlı nəqliyyat yollarının olmasının  çox vacibliyini qeyd etdi.
 Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “ Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.
               
Prezident Gitanas Nausedanın Ölkə başçısına təşəkkür edərək hər iki ölkə arasında yüksək dostluq dəyərlərinin olmasını qiymətləndirdi, Azərbaycan Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşır. Ölkələrimiz arasında əlaqələrin möhkəm, dayanıqlı olmasından danışdı.



Asim Şükürov,
Masallı rayon Dəmirçi kənd sakini



"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад