Главная > Siyasət / Manşet > Şıxlar ərazisində səyyar-görüş qəbulu

Şıxlar ərazisində səyyar-görüş qəbulu


26-05-2022, 18:24. Разместил: admin44

26 may 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov rayonun Şıxlar ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
   
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.
   
İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     
Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.
     
Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Adıyev Əlifağa Qubad oğlu, Hüseynov Şahüseyn Sahib oğlu, Həsənov Hüseyn Həsən oğlu, Musayev Bəhmən Tərlan oğlu, Hüseynov Qurban Məhərrəm oğlu, Hüseynov Məmmədağa İbrahim oğlu və başqaları çıxış edərək narkomaniya ilə bağlı, tibb məntəqəsinə həkim verilməsi, poçtun fəaliyyətinin bərpa olunması, ərazidə SİP kabelləşmənin aparılması, kənd ara yollarının təmir olunması, kəndin mərkəzi yolunda trampilin qoyulması və s. məsələlər barədə müraciət etmişlər.
   
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад