Главная > Siyasət > “Müstəqilliyimiz Əbədidir” adlı dəyirmi masa
“Müstəqilliyimiz Əbədidir” adlı dəyirmi masa27-05-2022, 20:27. Разместил: admin44 |
27 may 2022-ci il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı rayon İcra Hakimiyyəti və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müstəqilliyimiz Əbədidir” adlı dəyirmi masa keçirilib. Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Masallı RİHB-nın müavini Aybəniz Qafarova giriş nitqi ilə tədbiri açıq elan edib. Aybəniz Qafarova 1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və milli dövlətçilik tariximizdən geniş bəhs edərək, XX əsrin sonlarında yenidən hakimiyyətə qayıdan Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması üçün gördüyü qətiyyətli tədbirlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm siyasi həm də iqtisadi cəhətdən dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və 44 günlük Vətən müharibəsi Zəfərini xüsusi vurğulayıb. Tədbirdə YAP Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, müstəqilliyimizin keşməkeşli yollarından, milli dövlətçiliyimizin parlaq səhifələrindən danışıb. Daha sonra tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Tarix-diyarşünaslıq muzeyinin müdiri Əntiqə Tağıyeva, Gənclər Evi SXM-nin direktoru Fuad Mənsimov, Dəmirçi kənd ümumi orta məktəbin direktor müavini İradə İmanbəyli çıxış etmişdir. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |