Главная > Siyasət > Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır

Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı sarsılmazdır


1-06-2022, 17:09. Разместил: admin44

Türkiyə-Azərbaycan dostluq,qardaşlıq və müttəfiqlik münasibətləri tarix boyu möhkəm və dərin   təməllər üzərində qurulub.  Dünya miqyasında iki ölkə arasında bu dərəcədə sıx və yaxın əlaqələrin tarixin keçmiş dönəmlərində və müasir zamanda çox az nümunələri var. Tarixi, mədəniyyəti oxşar, etnik kökləri bir olan iki millət arasında təməli uzaq əsrlərə dayanan bağlar Azərbaycanın vaxtilə tərkibində olduğu Sovet İttifaqı dövründə  mövcud olan dəmir pərdə və sərt qadağalar siyasəti üzündən tamamilə qoparılmışdı. Azərbaycan dövləti və xalqı öz istiqlaliyyətinə qovuşandan sonra mənşəyi bir soydan gələn, dili və dini eyni olan qardaş xalqlar arasında uzun müddətli həsrətə son qoyuldu. Azərbaycan dövlətçiliyinin zaman-zaman üzləşdiyi ən ağır vəziyyətlərində, xalqımızın varlığı və taleyi üçün təhlükə yaşanan həlledici anlarda Türkiyə dövləti xalqı ilə birlikdə həmrəylik göstərərək Azərbaycandan öz qardaşlıq köməyini heç zaman əsirgəməyib. Texnofest kimi möhtəşəm festivalın Türkiyədən sonra ikinci dəfə məhz Bakıda keçirilməsi Türkiyə-Azərbaycan arasında mövcud olan yaxın münasibətlərin təsadüf olmadığının, Türkiyənin hazırkı siyasi rəhbərliyinin ölkəmizə yüksək önəm verməsinin bariz  nümunəsidir.

Festivala baxmağa gələn şəhər sakinləri,gənc nəsil,məktəblilər nümayiş etdirilən müasir hərbi texnologiyaları böyük çoşqu, sevinc və qürur hissi ilə izləyiblər.Mühüm tədbir sayəsində dünya türkün gücünü, türk ordusunun qüdrətini bir daha əyani şəkildə görmüş oldu. Bu tədbirin keçirilməsi Türkiyə-Azərbaycan müttəfiqlik münasibətlərinin,dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə öz parlaq töhvəsini verəcəkdir. Türkiyə müdafiə sənayesi sektorunda, pilotsuz uçuş aparatları texnologiyası sahəsində ABŞ, Avropa, İsrail hərbi sənaye kompleksi ilə güclü rəqabət aparmaq qabiliyyətini dünyaya sübut edib. Türkiyə dron texnologiyasında bütün dünyanın heyrətə salan ilk cığırı açmış oldu. Türkiyəli mütəxəssislər yüksək nailiyyət ortaya qoyaraq bu sahədə Qərb ölkələrindəki həmkarlarından geri qalmadıqlarını təsdiq etdilər.   Texnofest festivalı Türkiyənin gələcəkdə kosmos dövlətinə çevrilməsinin ilk müjdəçisidir.PUA istehsalında yüksək texnologiyanın təkmilləşdirilməsi öz ərazi bütövlüyünü qorumağa çalışan millətlərin müstəqilliyi və təhlükəsizliyinin təmin edilməsi üçün çox önəmlidir.

Azərbaycanda gələcəkdə davam etdirilməsi nəzərdə tutulan festivalın Türkiyə ilə dost və müttəfiq olan dövlətlərdə,o cümlədən türk respublikalarında keçirilməsinə dair çoxlu təkliflər var. Qazanılan uğurların bu qəbildən olan tədbirlər vasitəsi ilə cəmiyyətlə bölüşdürülməsi insanlarda çarəsizlik,öz gücünə inamsızlıq sindromunun aradan qaldırılmasına müsbət təsirini göstərib. Azərbaycanlıların 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında müstəsna və həlledici rolu olan Türk dronlarının  mükəmməl formada hazırlanan son modeli olan Akınçı TİHA-larını Bakı səmasında ilk dəfə izləməsi möhtəşəm və qürurverici hadisə idi.

Festivala xüsusən gənc nəslin nümayəndələrinin  böyük marağı və diqqəti vardı. Festival onu  izləməyə gələn gəncləri hərbi texnologiya sahəsində özlərini təsdiq etməyə həvəsləndirən,yeni imkanlar axtarmağa,mühüm hədəflərə doğru irəliləməyə çağıran mühüm təbdir oldu.İki dost və qardaş ölkənin dövlət başçıları İlham Əliyev və Tayyib Ərdoğanın gələcəyə imza atan tədbirə qatılıb çıxış etmələri bu tədbirin davamlı olmasına dəstək baxımından mühüm mesaj oldu. Türkiyə-Azərbaycan dostluq və qardaşlığının sarsılmaz və əbədi olduğunu göstərdi.


Əlhəddin Nəzərov,          
YAP Masallı rayon Mərkəzi Kitabxana ərazi təşkilatının sədri




"Yeni həyat" qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад