Главная > Siyasət / Manşet > Xıl ərazisində səyyar-görüş qəbulu
Xıl ərazisində səyyar-görüş qəbulu1-06-2022, 20:42. Разместил: admin44 |
01 iyun 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov rayonun Xıl ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi. Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Nağıyev Aqil Mikayıl oğlu, Nəzərov Yaşar Əli oğlu, Fərzəliyev Vəliəhəd Abas oğlu, Məmmədova Şəmsiyyə Ağadadaş qızı, Hüseynov Hüseynalı Astanəli oğlu və başqaları çıxış edərək kəndin mərkəzi yolunun asfalt olunması, rabitə xətlərinin təmir edilməsi, suaparıcı kanalların təmizlənməsi, kəndə içməli su xəttinin çəkilməsi, kəndin qəbiristanlığı üçün ayrılmış yeni ərazinin ətrafına kanal atılması və s. məsələlər barədə müraciət etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |