Главная > Siyasət > Azərbaycanda “TEKNOFEST Azərbaycan” festivalı

Azərbaycanda “TEKNOFEST Azərbaycan” festivalı


1-06-2022, 21:00. Разместил: admin44

28 may 1918-ci ildə Azərbaycan Demokratik Cümhuruyytinin əsası və binövrəsi qoyuldu. Şərqdə ilk demokratik dövlət kimi tarixdə öz izini qoyan bu dövlət bu gün dünyada ən möhtəşəm dövlərtlərdəndir. Hər ilin bu günü Azərbaycan bu sevincinin ildönümünü xüsusi tədbirlərlə qeyd edir. 2022-ci ilin 28 may tarixində də Dövlət Başçısı Cənab İlham Əliyev bu günü “TEKNOFEST Azərbaycan” festivalı ilə yeniləşdirdi.
             
Azərbaycan Respublikası Prezidenti ilham Əliyevin dəvəti ilə Bakıya səfər edən qardaş Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalına qatılmışdır.
             
Türkiyə Prezidenti Azərbaycanın bu sevimli günündə Bakıda olmaqdan və festivalda iştirak etməyindən xüsusi məmnunluq duyduğunu bildirdi. O, öz çıxışında bildirdi ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və hər zaman da olacaqdır. Həmçinin bir daha xüsusi vurğu ilə bildirdi ki, “Türkiyə kimi bura da bizim vətənimizdir. Türkiyənin hər qarışı da sizin vətəninizdir.”
               
Rəcəb Tayyib Ərdoğan qardaşlığı bütün haqsızlıqlara və qanunsuzluqlara baxmayaraq, diplomatiya və mədəniyyət sahələrində bütün dünyada öz imzasını atan Azərbaycanla fəxr etdiklərini bildirmişdir.
             
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bu çıxışda həmçinin Türkiyə regional sülh və sabitlik naminə Azərbaycan Respublikası Prezidenti ilham Əliyevin Ermənistanla qurmaq istədiyi daimi sülhü güclü şəkildə dəstəklədiyini bildirdi.
           
Liderlər daha sonra Asan Xidmət Mərkəzinin açlışında iştirak etmişlər.
           
Prezident Rəcəb Tayyib Ərdoğan “Azərbaycanla neçə belə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı, milli texnoloji həmləmizi birlikdə gerçəkləşdirməyi davam etdirəcəyini bildirmişdir.


Canəli Abdullayev,
Masallı rayon Qarğalıq kənd sakini, müəllim


"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад