Главная > Siyasət / Manşet > QAZİ İLƏ GÖRÜŞ

QAZİ İLƏ GÖRÜŞ


6-06-2022, 21:42. Разместил: admin44

Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi Masallıda daha güclüdür

 Masallı rayonun hakimiyyət orqanlarında çalışan, yüksək vəzifə tutan şəxslərin sıravi vətəndaşlarla hər bir ünsiyyəti onlara unudulmaz təsir bağışlayır və müəyyən problemlərinin çözülməsinə səbəb olur.

Dövlətimizin başçısı İlham Əliyevin müntəzəm olaraq bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşüb səmimi söhbətlər aparması əsl xalqa xidmət nümunəsidir. Bu, həm də Prezidentinə son dərəcə inanan, onun siyasətini qəlbən bəyənib dəstəkləyən vətəndaşların dövlətçiliyimizə inamını birə-beş gücləndirir. Belə nümunə bu gün də Masallıda hökm sürür. Rayon rəhbəri Şahin Məmmədov Masallıya icra başçısı təyin olunduğu gündən gənclərin vətənpərvərlik tərbiyəsinə üstünlük vermiş, onların könüllü olaraq cəbhəyə yollamasında şəxsən iştirak etmiş, onları yola salmış, hər dəfə də belə demişdir:

-Biz Sizi torpaqlarımızı azad etməyə, düşməndən qisas almağa göndəririk, şəhid olmağa yox...

Rayon rəhbəri 44 günlük Vətən müharibəsinin şəhid ailələri, qaziləri və döyüşçülərinə qayğı göstərmişdir və bu iş indi də davam edir. Əlbəttə,icra başçısının belə diqqəti rayonun hakimiyyət orqanlarında çalışan, yüksək vəzifə tutan şəxslərlərinə də nümunədir. Ümumiyyətlə, ölkə başısının tapşırığına əsasən bu bir Masallı nümunəsidir ki, hamı işini vətənpərvərlik ruhunda qurmağa səy edir. Bu da öz növbəsində Vətən müdafiəçilərini ruhlandır, Prezidentinə minnətdarlıq bildirir.

Azərbaycan torpaqlarının azad olunmasında hünər göstərən belə döyüşçülərdən biri də hazırda Masallı rayonunun Kəlbəhüseynli kəndində yaşayan Rafət Ülfət oğlu Paşayevdir. Rafət elə gənclərimizdəndir ki, Füzulidən Şuşayadək döyüş yolu keçib, vətənpərvərliyi, hünəri dörd medalla - «Döyüşdə fərqləndiyinə görə», «Füzulinin azad olunmasına görə»,  «Cəbrayılın azad olunmasına görə» və  «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilib. Özünü xoşbəxt sanır ki, sinəsinə taxdığı həmin medalların sənədində Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzası vardır...

Şahin Məmmədov həmin qazinin arzusu ilə 6 iyun 2022-ci il tarixdə onu qəbul etmişdir. Qazi ilə görüşdə səmimi söhbət edən icra başçısı 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının, vətənpərvər gənclərimizin qəhrəmanlıq dastanı olduğunu qeyd edərək bildirmişdir ki, məhz hərbiçilərimizin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi uğurlu əməliyyat, göstərdikləri şücaət Azərbaycana tarixi qələbə sevincini yaşatdı. 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı azadlığa qovuşdurdu.

Görüşdə söz alıb danışan qazi  Rafət Paşayev müharibə dövründə Masallı rayon rəhbərinin döyüşçü ailələrinə maddi və mənəvi dəstəyinə görə razılığını bildirməyə gəldiyini, bir daha Ali Baş Komandanımıza, birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını dilə gətirərək vurğuladı ki, torpağlarımız uğrunda döyüşmək lazım gələrsə bir əsgər kimi yenə də döyüşməyə hazıram.

Görüşdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Kəlbəhüseynli kəndindən gələn Rafətin atası Ülfət Paşayev  iştirak ediblər. Onlar şəhid və qazi ailələrinə, döyüşçülərə olan diqqət və qayğıya görə Masallının icra başçısına minnətdarlıq ediblər.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад