Главная > Siyasət > Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığını davam etdirir
Azərbaycan dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlığını davam etdirir7-06-2022, 10:55. Разместил: admin44 |
Məlum olduğu kimi, Azərbaycanın elektroenergetika sənayesinin bugünki inkişafı birbaşa Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Dahi rəhbər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir. Ulu Öndər hələ sovet dönəmində özünün nüfuzu və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində respublikamızda nəzərdə tutulan enerji layihələrini mərkəzi büdcə hesabına maliyyələşdirilməsini təmin etmişdi. Qeyd etmək lazımdır ki, bərpaolunan enerji növlərinin istehsalı Prezident İlham Əliyev tərəfindən prioritet sahə kimi müəyyənləşdirilib. Bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilmişdir. Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu il Azərbaycanda dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirilib. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il istifadəyə veriləcək bu iki stansiya böyük prosesin əvvəlidir. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmiz artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir. Araşdırmalar da göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Bundan əlavə İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialının 9-10 min meqavat olduğu hesab edilir. Bugün Azərbaycan bərpaolunan enerji növlərinə sərmayə qoyur. İlk növbədə bərpaolunan enerji növləri ən təmiz enerji növüdür. Bu isə əlbəttə ki, ətraf mühitin qorunmasına xidmət edən amildir. Bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. İkinci bir tərəfdən də Azərbaycanın məhz bu sahəni inkişaf etdirmək üçün çox gözəl imkanları və potensialı mövcuddur. Bu gün ölkəmizdə elə əlverişli investisiya iqlimi yaradılıb ki, həm yerli, həm də xarici şirkətlər buna böyük maraq göstərirlər. Əlbəttə ki, bu şərait ilk növbədə Prezident İlham Əliyevin səyləri, həyata keçirdiyi iqtisadi siyasət nəticəsində yaranıb. Biz əminik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün regionlarında, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda bütün sahələr daim inkişaf edəcəkdir. Gülcahan Vəkilzadə, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədr müavini “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |