Главная > Siyasət > Xəzər dənizinin böyük potensialı var

Xəzər dənizinin böyük potensialı var


7-06-2022, 12:15. Разместил: admin44

Xəzər dənizi böyük həcmdə hidrokarbon ehtiyatlara malikdir.  Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Xəzərin hidrokarbon ehtiyatlarının çıxarılmasında ətraf dövlətlər və xarici korporasiyalar fəal şəkildə iştirak edirlər. Bu gün Xəzər dənizi dünyada enerji təhlükəsizliyində əsas rol oynayan regionlardan biridir. Xəzərdə hasil olunan enerji resursları həm sahil ölkələrinin, həmdə ətraf regiona daxil olan ölkələrin inkişafında vacib rol oynayır.

Xəzərin qumlu çimərlikləri əhalinin sevimli istirahət yeridir. Xəzərin zümrüd suyu, qızıl qumu, ultrabənövşəyi günəş şüaları yay aylarında turistləri cəlb edir. Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından cidd ifərqlənir.

Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılış mərasimində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirib. “Biz alternativ enerji ilə bağlı bir çox enerji şirkətləri ilə danışıqların aktiv mərhələsindəyik. Xəzərin nəhəng imkanlarıvar. Artıq qiymətləndirilib və məlumata görə, Xəzər dənizinin Azərbaycan sektorunun potensialı və imkanları 150 000 meqavatdır. Bu, böyük həcmdir. Eynizamanda, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq azad etdiyimiz ərazilərdə böyük potensial var. Xüsusilə də Kəlbəcər və Laçında, eləcə də digər ərazilərdə. Biz sadəcə külək və günəş potensialını təxminən 9-10 min meqavat olaraq proqnozlaşdırırıq. Böyük potensialı olan suyuda bura daxiletsək, təxminən 1000 meqavat əlavə həcm olar. Bütün bunlar hökumətimiz tərəfindən hazırda ciddi  şəkildə həll edilir”.

Azərbaycan Respublikası Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə dövlətlərdən biridir. Bu tədbirlərin məqsədi Xəzər dənizinin dəniz ətraf mühitinin çirklənmədən qorunması, o cümlədən Xəzər dənizinin bioloji ehtiyatlarının qorunması, mühafizəsi, bərpası, davamlı və səmərəli istifadə edilməsindən ibarətdir.
 


Dilgüşə Məmmədova,
YAP Masallı rayon Təşkilatının Masallı Tarix –Diyarşünaslıq
Muzeyi ərazi partiya təşkilatının sədr müavini.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад