Главная > Siyasət / Manşet > Banbaşı ərazisində səyyar-görüş qəbulu
Banbaşı ərazisində səyyar-görüş qəbulu8-06-2022, 18:50. Разместил: admin44 |
08 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun Banbaşı ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir. İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi. Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Məlikov Qismət Babaxan oğlu, Əzimov Əzim Heydər oğlu, Balakişiyev Musa Gülhüseyn oğlu, Alışov Eldar Elbəyi oğlu, Feyzullayev Akif Adil oğlu, Məlikov İntizam Cahangir oğlu, Teymurov Rais Teymur oğlu və başqaları çıxış edərək Böyük Xocavar kənd həkim məntəqəsinin tikilməsi, Banbaşı kəndində yeni salınmış məhəllənin qazlaşdırılmasına kömək göstərilməsi, Böyük Xocavar kəndində yeni məktəb tikilməsi və yeni məhəllədə işığın zəif yanmasına görə təzə transformatorun quraşdırılması, Böyük Xocavarda yeni salınmış məhəlləyə qaz xəttinin çəkilməsi, Binə Xocavar kəndində yeni məktəb tikilməsi, habelə həmin kəndin mərkəzindən keçən asfalt yolun təmir edilməsi və s. məsələlər barədə müraciət etmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |