Главная > Siyasət > Masallıda “Heydər Əliyev Müstəqil Respublikamızın xilaskarıdır” mövzusunda konfrans keçirilib

Masallıda “Heydər Əliyev Müstəqil Respublikamızın xilaskarıdır” mövzusunda konfrans keçirilib


8-06-2022, 19:02. Разместил: admin44

08 iyun 2022-ci il “Masallı Gənclər evi”SXM-də Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və YAP Masallı rayon təşkilatının, Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” SXM-nin , MDRK-nin birgə təşkilatçılığı ilə 15 iyun “Milli Qurtuluı Günü”nə həsr olunmuş “Heydər Əliyev Müstəqil Respublikamızın xilaskarıdır” mövzusunda konfrans keçirilib.

Əvvəlcə tədbirdə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin və Ulu öndər Heydər Əliyevin   xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri gidiş sözü ilə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov açaraq , Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu bildirdi.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Masallı rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək tədbir iştrakçılarını bayram münasibətilə təbrik edib, Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın çağdaş tarixi Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi ilə bilavasitə əlaqədardır. Həmin dövrdə Azərbaycan böyük təhlükələrlə üzləşmiş, respublika parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Müstəqilliyin əvvəllərində Azərbaycanın anarxiya, parçalanmaq və məhv olmaq təhlükəsi, iqtisadi tənəzzül, beynəlxalq təcrid ilə üzləşdiyini diqqətə çatdıran S.Əliyev Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin bu bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikamızda mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini, neft strategiyasının reallaşdırıldığını, cəbhədə atəşkəsin əldə olunduğunu, nizami ordu quruculuğu prosesinə başlandığını, cəmiyyətin inkişafı üçün fundamental əsasların yaradıldığını bildirib.

Tədbirdə  “Masallı Gənclər evi” SXM-nin metodisti Nuranə Muxtarova və MDRK-nin tələbəsi Sevcan Məmmədli çıxış edərək bildirdilər ki, ötən əsrin sonlarında ölkəmiz müstəqilliyini əldə etsə də, bu müstəqillik çox kövrək olmuş, yalnız Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın təhlükəsizliyi, hərtərəfli inkişafı təmin edilmişdir. Tarix üçün çox qısa bir dövrdə ölkəmizdə bütün sahələri əhatə edən köklü islahatlar aparılmış, nəticədə, Azərbaycan siyasi, iqtisadi, hərbi nüfuzu ilə dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, indi Azərbaycan istər regionda, istərsə də dünyada söz sahibinə malik ölkələrdən birinə çevrilmişdir.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад