Главная > Siyasət > Heydər Əliyev, Böyük xilaskar...

Heydər Əliyev, Böyük xilaskar...


11-06-2022, 18:47. Разместил: admin44

Tariximizə qızıl hərflərlə yazılmış 15-iyun Milli  Qurtuluş günüdür. Beləki,1993-cü iliyunun 15-də Milli Məclisin sessiyasında Heydər Əliyev Milli Məclisin sədri seçildi.1997-ci ildən etibarən 15 iyun Milli Qurtuluş Günü kimi qeyd edilir.
               
Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində,inkişafında müstəsna rol oynayan,daim xalqına arxalanan Heydər Əliyevdir.
               
Umummilli liderimiz Heydər Əliyevin adı tariximizə Azərbaycanın böyük xilaskarı kimi düşmüşdür.XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onunitirilməsi təhlükəsi ilə üzləşmişdir.Ölkədı hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı.Həmin dönəmdə xaos və anarxiya ölkəni bürüdü.Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi,hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.
               
Beləliklə,1991-1993- cü illər ölkəmizin müasir tarixində hərc  mərclik, özbaşınalıq,avantürüst eksperimentlər kimi xarakterizə edilir.Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək,gələcəyi görmək imkanlarından məhrum olan,adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.Hsdisələri düzgün qiymətləndirə bilməyən o vaxtki iqtidar əhali arasında gündən-günə  nüfuzunu itirir,baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
                 
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi.Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi,həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi,məğlubiyyətə uğraması,ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra xalq özü hakimiyyətdən saldı” Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı,getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.

Əslində bu ,bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə,1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi bəlalardan xilas etdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununlada ölkəmiz uzun illər davam edən gərginlik və qarşıdurma səngidi,ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.


Ağamməd Şəmmədov,
Masallı rayonu, Rüdəkənar kənd sakini.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад