Главная > Siyasət > Qardaşlığın rəmzi olan tarixi “Şuşa Bəyannaməsi”

Qardaşlığın rəmzi olan tarixi “Şuşa Bəyannaməsi”


15-06-2022, 11:01. Разместил: admin44


2021-ci il iyunun 15-i bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamə imzalandı. Şuşada Türkiyə Respublikasının  Prezidenti ilə Bəyannamə imzalayarkən Azərbaycan dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini salaraq qeyd etdi ki: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Şuşa Bəyannaməsi mühüm məsələləri özündə cəmləşdirir.Bəyannaməhərbi, siyasi,mədəni,iqtisadi baxımdan iki qardaş ölkənin bir-birinin yanında olması deməkdir.Bu müqaviləyə əsasən Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev açıqlamasında bildirib ki, “bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik”

Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəalar da yer almışdır.

Cənab İlham Əliyev mediyaya çıxışı zamanı bildirib ki, önəmli məsələlərdən biri də nəqliyyat kommunikasiyası ilə bağlıdır: “Bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq”.

Şuşada qardaşlığın rəmzi olan Bəyannamənin imzalanması iki qardaş, dost və qonşu ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarında da qeyd edilən qardaşlıq münasibətləri Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndi.



Əsmər Əzimzadə,
YAP Masallı Rayon Təşkilatının fəal üzvü.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад