Главная > Siyasət > Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi"
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi"16-06-2022, 03:00. Разместил: admin44 |
15 iyun tarixində Şuşada Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü həyata keçirilib. Görüşdən sonra "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"imzalanib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşün tarixi əhəmiyyətini vurğulamışlar. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərindən çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında olan münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırılması iki ölkə və onların xalqlarının maraqların,mənafelərinə xidmət edəcəkdir Ümumi maraqların qorunması hər iki ölkənin siyasi,iqtisadi, mədəni, müdafiə, humanitar, təhsil, idman və gənclər,səhiyyə imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti vardır. Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi,suverenliyi , ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsipləri Türk dünyasının davamlı inkişafına yönəlmiş qarşılıqlı fəaliyyətlərin regional və beynəlxalq müstəvilərdə irəli aparılmasında var gücü ilə səy göstərəcəkdir. Tərəflər hər iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətilərlə bağlı dərin məmnunluq ifadə edib siyasi münasibətlərdə belə səfərlərin əhəmiyyətini qeyd etmişlər Abuşova Nahidə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin Dil Ədəbiyyatı müəllimi. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |