Главная > Siyasət / Manşet > Bədəlan ərazisində səyyar-görüş qəbulu

Bədəlan ərazisində səyyar-görüş qəbulu


16-06-2022, 19:42. Разместил: admin44

16 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun  Bədəlan ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan vətəndaşlardan Əzizov Niftulla Şirvan oğlu, Babayev Nəsrulla Fəxrəddin oğlu, Əliyev Güləxan Ataxan oğlu, Nağıyev Şıxəli Qulam oğlu, Əhmədov Ağamalı Qurban oğlu və başqaları əlavə kanalın qazılması və genişləndirilməsi, veteranlıq vəsiqəsini ala bilməməsi, axan çayın təmizlənməsi və s.  məsələlər barədə müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.









“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 


шаблоны для dle 11.2
Вернуться назад