Главная > Siyasət / Manşet > Masallıda növbəti vətəndaş qəbulu

Masallıda növbəti vətəndaş qəbulu


17-06-2022, 19:28. Разместил: admin44

Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti qəbulunu keçirmişdir.

17 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Növbəti qəbulda 20 nəfər’ yaxın vətəndaş —Məmişova Qaraxanım Qasım qızı, Rüstəmov Abbas Həbib oğlu, Kərimov Araz Ulduzəli oğlu, Hacıyeva Güldanə Elyas qızı, Məhərrəmova Roza Məhərrəm qızı, Ağayeva Səmayə Bəşir qızı, Alməmmədova Esmira Kamil qızı, İbrahimov Rafiq Oruc oğlu, Əkbərov Aləddin Nəzir oğlu, Ağayev Mahir Hadı oğlu, Kərimov Rahid İsgəndər oğlu,  Əzizova SimuzərBəhram qızı, Sadıqov Elvin Şakir oğlu, Həsənov Elman Həsən oğlu və başqaları iştirak etmiş, əsasən mənzillə təminat, Həsənli-Köçəkli yolunun təmiri, övladının nikah yaşı, pul borcuna görə evinə gələn qaz xəttinin kəsilməsi, anasına məxsus paybəlli torpaq sahəsinin alınması, şəhid qardaşının adının əbədiləşdirilməsi, maddi kömək, evinin təmiri, iş ilə təminat, nəvəsi iləünsiyyət qurulması, həyətyanı torpaq verilməsi s. müraciətlər etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.





“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад