Главная > Siyasət > Baş prokuror Masallı rayonunda vətəndaşları qəbul etmişdir
Baş prokuror Masallı rayonunda vətəndaşları qəbul etmişdir17-06-2022, 19:35. Разместил: admin44 |
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür. İyunun 17-də Baş prokuror Kamran Əliyev Masallı rayon prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini, Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış abidə kompleksini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla yad etmişdir. Qəbulda iştirak edən 82 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir. Qəbuldan sonra Baş prokuror Cəlilabad və Yardımlı rayon prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |