Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Avropa çempionunu qəbul edib

Masallıda rayon rəhbəri Avropa çempionunu qəbul edib


18-06-2022, 19:00. Разместил: admin44


18 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, 2005-ci ildə anadan olmuş, əslən Masallı rayonunun Qızılavar kəndindən olan, 16 iyun 2022-ci il tarixi günündə Ruminyada Keçirilən Avropa Çempionatında yunan-roma güləşi üzrə 60 kiloqram çəki dərəcəsində Qızıl medal qazanan Məhəmməd Mübariz oğlu Qasımzadəni qəbul etmişdir.
Avropa çempionu Məhəmməd Qasımzadə və babası, qızılavarlı Fariz görüş başlamazdan əvvəl Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksini ziyarət etmişlər.

Qəbul zamanı rayon rəhbəri Avropa çempionunu yarışlarda qazandığı uğurlar münasibəti ilə təbrik etmiş və ona gələcək yarışlarda yüksək zirvə arzulamışdır.

Eyni zamanda çepmionun qayğıları ilə maraqlanan RİH başçısı Azərbaycanın şanlı üçrəngli bayrağını müxtəlif ölkələrdə dalğalandıran hər bir idmançılarımızla fəxr etdiyini və hər zaman onlara dəstək olmağa hazır olduğunu nəzərə çatdırmışdır.-İdmançılarımızdan xoş xəbərlər Masallıya biri-birinin ardınca gəlmişdir. Belə ki, 16 iyun 2022-ci il tarixdə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə U-17 Avropa çempionatında sərbəst güləşçilər arasında qitə çempionatında 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova uğurlu nəticələrlə azarkeşlərini sevindirib. Sonra 16 yaşlı idmançımız 1/8 finalda İspaniyalı Kandela Giraldes Markesə, 1/4 finalda Rumıniyalı Ana Mariya Rotaruya "tuşe" ilə, yarımfinalda isə Türkiyəli Şevval Çayıra 8:5 hesabıyla qalib gələrək finala yüksəlib. Ruzanna Məmmədova final mərhələsində Fabiana Rinellaya qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə sahib olaraq Avropa çempionu olmuşdur. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi, Masallı idmançısı İsrafilov Vəli Rəşadət oğlu daha bir yeni uğura imza ataraq, Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatınının qızıl medalını qazanmışdır. O, 100 metr məsafəyə brass növündə 1.05:66 nəticə göstərmişdir. Üçüncüsü də sən, Məhəmməd...-deyən Şahin Məmmədov Avropa çempionu M.Qasımzadənin bundan sonra dünya çempionu olacağına inamını qeyd etmişdir:

-Məhəmməd, sən hələ orta məktəbin onuncu sinfində təhsil alırsan. Qalib xalqın övladısan. Mən qürur duyuram ki, Masalılı kimi Azərbaycanının idmanını təmsil edirsən. Bu gənc yaşında,  Azərbaycanın Respublikasının bayrağını Ali Baş Komandan cənab İlham Əliyevin, Vətən müharibəsi şəhidlərinin şərəfinə başqa ölkədə dalğalandırırsan. Sevinirəm. Tərif ağıllı insanlar üçündür. Ölkəmizin ən tanınmış idmançılarından biri olasan. Qələbələrin hələ qabaqdadır. Səndən böyük ümidlər gözləyirəm. Allah gələcəyini versin...
Avropa çempionu Məhəmməd Qasımzadə və babası, qızılavarlı Fariz də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya, Masallının rayon rəhbərinə dərin minnətdarlıq ifadə etmişlər.
Məhəmməd hal-hazırda Bakı şəhərinin Binə qəsəbəsi, 136 nömrəli tam orta məktəbin onuncu sinifində təhsil alır.
2013-cü ci ildən yunan-roma güləşi idman növü ilə məşqul olmağa başlamışdır.

2018-ci ildə Gürcüstan Respublikasında keçirilən beynəlxalq  turnirdə turnirin qalibi olmuşdur.

2019-cu ildə  Rusia Federasiyasında  təşkil edilən  turnirdə  II yerə layiq görülmüşdür.

2021-ci ildə Türkiyədə keçirilən yarışda II yerə layiq görülmüşdür.

2019- 2022-ci illərdə respublika çempionu olmuşdur.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад