Главная > Siyasət / Manşet > Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vətəndaşları qəbul etdi

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vətəndaşları qəbul etdi


21-06-2022, 18:50. Разместил: admin44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov bu gün Masallı rayonunda Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşlar pensiya, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, eləcə də sosial sığorta və fərdi uçotla bağlı müraciət ediblər.

Müraciətlərin hər biri qeydiyyata alınıb. Bəziləri yerində həllini tapıb, bir qisminin isə həll olunması üçün Fondun müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад