Главная > Siyasət / Manşet > Masallıda 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Masallıda 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib


25-06-2022, 15:22. Разместил: admin44

Masallı rayonunda 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdən əvvəl  Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub. Eyni zamanda, şəhər ərazisindəki Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi ziyarət edilib.
Masallı RİH başçısı Şahin Məmmədov çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirdiyini, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin, qazilərimizin hünərindən söz açıb.


Sonda RİH-nin Başçısı Şahin Məmmədov vurğulayıb ki, şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən  diqqət və qayğı bu gün də ölkəmizdə, o cümlədən Masallıda uğurla davam etdirilir. Bu gün  bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur və bu tarix boyu belə də davam edəcək.













“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад