Главная > Siyasət > Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir
Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir2-07-2022, 17:53. Разместил: admin44 |
Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2022 ci il tarixində Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin dövlət başçılarının 6-ci zirvə toplantısında çıxış etmişdir. Cənab Prezident İlham Əliyev öz çıxışı ilə qeyd etmişdir ki, bizim görüşümüz Türkmənistanın keçmiş Prezidenti, mənim əziz dostum və qardaşım, Türkmənistan Parlamentinin Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquluyeviç Berdiməhəmmədovun yubileyi ilə eyni vaxta düşür. Qardaş Türkmənistan onun rəhbərliyi ilə müstəqilliyin möhkəmləndirilməsində, beynəlxalq arenada nüfuzunun artmasında, xalqın rifahının yüksəlməsində və iqtisadi inkişafda sanballı uğurlar qazanıb. Qurbanqulu Məlikquluyeviçi şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm, ona möhkəm cansağlığı, qardaş Türkmənistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. Azərbaycan ölkələrimizin Xəzərdə qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir. Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Qeyd etməyə şadam ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün yaxşı təməl yaradır. Abdulla Abdullayev, Masallı rayonu Ərkivan qəsəbəsi. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |