Главная > Siyasət > Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Zəngəzur dəhlizi artıq reallığa çevrilir


4-07-2022, 11:13. Разместил: admin44

Azərbaycan Vətən müharibəsində qazandığı qələbə nəticəsində Ermənistanla imzaladığı üçtərəfli bəyanatdan sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı səsləndirdiyi bu fikirlər, "Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda aparılan quruculuq-bərpa işlərinin və Zəngəzur dəhlizinin açılmasının region üçün nə qədər əhəmiyyətli olmasının bir daha sübut etdi".İqtisadi cəhətdən böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin açılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın maddələrində öz əksini tapmışdır. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm və iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir.

Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd və vacib məsələ kimi təsdiq olunmuşdur.Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki, bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirmişdir.Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın yürütdüyü düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan və Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik. Düzdür, bu layihələrimizi həyata keçirərkən Ermənistanı kənarda saxlamağımızla əlaqədar çoxlu təzyiqlərlə üzləşmişik.

Amma Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və iqtisadi gücümüz müstəqil siyasət yürütməyimizə və öz istəyimizə uyğun bütün layihələrin icrasına imkan verib.Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək.Dəhliz Azərbaycanın öz torpağı olan Naxçıvan Muxtar Respublikası ,Türkiyə dövləti ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək.


Toğrul İmanverdiyev,
Masallı rayon sakini.


“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад