Главная > Siyasət / Manşet > Qızılavar kəndi ərazisində səyyar-görüş qəbul

Qızılavar kəndi ərazisində səyyar-görüş qəbul


7-07-2022, 18:03. Разместил: admin44

07 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun Qızılavar kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

Səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Məmmədov Yusif Əli oğlu, Mirzəyev Səxavət İman oğlu, Cəfərov Ağacəfər Mircəfər oğlu, Paşayev Azadxan Qardaşxan oğlu, Sürətzadə Sürət Əzəmət oğlu, Ağayev Əlamət Ağabala oğlu və başqaları Qızılavar kəndi ərazisindən keçən suaparıcı kanalların təmizlənməsi, ərazidə yararsız olan elektrik dirəklərinin dəyişdirilməsi, Qızılavar kəndində elektrik transformatorunun gücünün az olduğundan yenisi ilə əvəz olunması, Qızılavar kənd Əfqan Mirzəyev adına tam orta məktəbin əsaslı təmir olunması, Qızılavar kəndi ərazisində telefon və internet xəttlərinin yarasız və zəif olması və s.  məsələlər barədə müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад