Главная > Siyasət > “14 iyul 1969-cu il - İnkişaf yolunun başlanğıcı” mövzusunda dəyirmi masa

“14 iyul 1969-cu il - İnkişaf yolunun başlanğıcı” mövzusunda dəyirmi masa


7-07-2022, 18:09. Разместил: admin44

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş dəyirmi masa təşkil edilib

İyulun 7-də Masallı rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “14 iyul

1969-cu il - İnkişaf yolunun başlanğıcı” mövzusunda dəyirmi masa təşkil edilib.

Tədbirdə mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları unudulmaz Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra dövlət himni oxunub. Sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. Qeyd olunub ki, Azərbaycanın XX əsrdəki inkişafının əsası məhz 1969-cu il iyulun 14-də qoyulub. Həmin tarixdən 53 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür.
Daha sonra Masallı rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Şəfa Xəlilova çıxışında qeyd edib ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçib. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi.

Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva ümummilli lider Heydər Əliyevin Vətənə və xalqa həsr etdiyi mənalı ömür yolu barədə ətraflı məlumat verib. O, Ulu Öndərin siyasi kursunun bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini nəzərə çatdırıb.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад