Главная > Siyasət / Manşet > Masallı rayon İcra hakimiyyəti başçısının Qurban bayramı münasibətilə təbriki!

Masallı rayon İcra hakimiyyəti başçısının Qurban bayramı münasibətilə təbriki!


8-07-2022, 15:04. Разместил: admin44

Əziz Masallılar!

Sizi mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi sizə çatdırıram.
Humanizmi, demokratizmi və bəşəri ideaları özündə əks etdirən və dünya tarixinin möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamışdır.

Müqəddəs Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu müqəddəs gündə müsəlmanlar Allah adına qurbanlar kəsir, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edirlər.

Bu əziz gündə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsini ehtiramla yad edirəm.
Əziz Masallılar!

Bu bayramda hamınıza ulu Tanrıdan möhkəm can cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban Bayramınız Mübarək!



“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад