Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbərinin 08 iyul 2022-ci il tarixli vətəndaş qəbulu

Masallıda rayon rəhbərinin 08 iyul 2022-ci il tarixli vətəndaş qəbulu


8-07-2022, 19:42. Разместил: admin44

08 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulunu keçirmişdir.

Qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Növbəti qəbulda 25 nəfərdən çox vətəndaş — Novruzova Aynur Ələkbər qızı, Muxtarov Ariz Fariz oğlu, İbrahimli Zəfər Cəfər oğlu, Bayramova Səminə Alış qızı, Əliyev Novruz İltifat oğlu, Nəzərova Natəvan Əşrəf qızı, Ağayeva Şövkət Bəhlul qızı, Ağayev Rövşən Mirəli oğlu, Rzayev Yadulla Mehti oğlu, Həasənov Elgün Həzərxan oğlu, İsmayılova Aminə Murad qızı, Məmmədova Zminə Əlövsət qızı, Muxtarova Günel Əhməd qızı, İsmayılova Nuridə İsmayıl qızı, Şükürova Bəsirə Zeyni qızı, Səfərova Gülçöhrə Mirzəməmməd qızı və başqaları iştirak etmiş, maddi köməklik və işlə təmin olunması, sosial yardım təyin edilməsi, sosial yardım almasından ötrü imtina cavabı verilməsi, azyaşlı uşağının xəstəliyi, payıbəlli,  həyətyanı torpaq sahəsinin verilməsi, şəxsin həyətyanı torpaq sahəsinin başqa şəxsə təqdim edilməsi, torpaq sahəsinin müəyyən olunması, evinə qaz xəttinin çəkilməsi və s. məsələlər barəsində müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olmuş, digər məsələlər nəzarətə götürülmüşdür.




“Yeni həyat” qəzeti
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад