Главная > Siyasət / Manşet > Yeyənkənd kəndi ərazisində səyyar görüş-qəbul

Yeyənkənd kəndi ərazisində səyyar görüş-qəbul


13-07-2022, 19:06. Разместил: admin44

13 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov rayonun  Yeyənkənd kəndi ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak etmişdir.

İlk öncə Ulu Öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov səyyar görüş qəbulunu açaraq ərazinin iqtisadi göstəriciləri barədə məlumat verdi.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, səyyar-görüş qəbulunda çıxış edən vətəndaşlardan Canəliyev Tofiq Atduxan oğlu, Feyziyev İltimas İltufat oğlu, Mehdiyev Akif Qulam oğlu, Fərəcov Fəxrəddin İzzət oğlu, Həşimov Albaba İsmayıl oğlu, Şirəliyev Sərxoş Xalıq oğlu, Nağızadə Gülnaz Nasir qızı və başqaları Xəlfələr kəndinin qazlaşdırılması, qəbiristana gedən yolun asfaltlaşdırıması, vətənadşın pay torpağının olmaması, Yeyənkənd ərazisində elektrik xətlərinin bərpası, yararsız olan elektrik və rabitə dirəklərinin yenisi ilə əvəz olunması, Yeyənkənd kəndi ərazisində işıqların tez-tez yanıb-sönməsı, kənddə oğurluq hadisələri, marketlərdə süni qiymət artımı, gənc yazıçının yeni kitabının Masallı şəhər Gənclər Evində təqdimatı və s. məsələlər barədə müraciətlər etmişlər.

 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.






“Yeni həyat” qəzeti
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад