Главная > Siyasət / Manşet > Rayon rəhbəri Avropa çempionu ilə görüşdü

Rayon rəhbəri Avropa çempionu ilə görüşdü


14-07-2022, 17:20. Разместил: admin44

14 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Yunanıstanın Katerini şəhərində Avropa çempionu adını qazanan Zəfər Cəlal oğlu Əliyevi qəbul edib.

İcra başçısı Zəfər Əliyevi idman sahəsində əldə etdiyi uğurlarına görə təbrik edib, ona yeni-yeni uğurlar arzulayıb, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb. Qeyd edib ki, ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır.-Bu günlər çimərlik güləşi üzrə millimizin üzvü kimi Yunanıstanın Katerini şəhərində keçirilmiş Avropa çempionatında rekord nəticəyə imza atmısan. Çox böyük uğurdur. Sevinirəm. Təbii ki, çimərlik güləşi klassik güləşə bənzər sərt idman növüdür. Məşqçinə sağ ol deyirəm. Zəfər, sən uzaq ölkədə Azərbaycan bayrağını zirvəyə qaldırmısan. Bu, hər gəncə nəsib olmur. Öz üzərində daha ciddi çalışmalısan ki, Dünya çempionu olasan. Ona görə qarşına məqsəd qoymalısan. Çimərlik güləşi üzrə məşhur fəndlərə tamaşa etməli və bunun müqabilində məşqlər etməlisən ki, sən də həmin idmançılar kimi Dünya çempionu olasan, — deyə Şahin Məmmədov qeyd edib.

Görüşdə  gənc idmançı, 2003-cü il təvəllüdlü, Masallı rayonunun Dəmirçi kəndindən olan Zəfər Əliyev üzgüçülük güləşinin klassik güləşlə maraqlı fərqindən, gələcək planlarından danışıb, icra başçısına etimadı doğruldacağına söz verdiyini, idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Avropa çempionu 2010-cu ildə birinci sinfə Dəmirçi məktəbinə gedib, 2021-ci ildə Bədəlan kənd tam orta məktəbini bitirib. Hazırda universitet tələbəsidir, ikinci kursda təhsil alır. Məşqçisi Təhmasib İsayevdir. Masallı rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in idmançısıdır.

İdmançıya Masallı RİH tərəfindən qiymətli hədiyyə təqdim edilib.






“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад