Главная > Siyasət > Azərbaycanda kadr hazırlığı çox vacib məsələdir
Azərbaycanda kadr hazırlığı çox vacib məsələdir19-07-2022, 22:57. Разместил: admin44 |
Dünya sürətlə inkişaf etməkdədir. Gündəlik həyat şəraitində yeni texnika və texnologiyaların tətbiqi daha da genişlənir. Hər zaman ixtisaslı və peşəkar kadrlara ehtiyac duyulur. Müasir iş dünyası yeni və peşəkar kadrların cəlb edilməsi, kadr potensialının formalaşdırılması və daha da gücləndirilməsi, işçilərin daim inkişaf etdirilməsi, onların bilik və bacarıqlarının artırılmasını tələb edir. İnsan resurslarının düzgün idarəedilməsi innovativ dəyişikliklərə cavab verməkdir. Şirkətlər qarşısındakı tələblər insan resurslarının idarə edilməsinə həssaslıqla yanaşılması və kadrların təkmilləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirilməsi, beynəlxalq təcrübədən yararlanılması yönündədir. Azərbaycanda da bir çox şirkət kadr potensialının inkişafı üçün mühüm işlər həyata keçirir.Son illərdə Azərbaycanda kadr hazırlığı mövzusunda həm ali təhsil ocaqları, həm də işə götürən tərəf olan şirkətlər və dövlət qurumları tərəfindən ciddi addımlar atılmağa başlanıb.Bu gün Azərbaycan biznesi anlamağa başladı ki, şirkətin ən böyük sərmayəsi insan resursudur. Daha dəqiq desək, şirkətin potensial və gücü məhz elə işə aldığı insanların bilik, savad və təcrübəsindədir.Bu gün Azərbaycan biznesi anlayır ki, şirkətin ən böyük sərmayəsi insan resursudur. Daha ətraflı şəkildə qeyd etsək, şirkətin potensial və gücü məhz elə işə aldığı insanların bilik, savad və təcrübəsindədir.Lakin şirkətlər bu iş istiqamətdə ancaq işə götürəndə işçinin bilik və təcrübələrini ölçməklə kifayətlənmir, işə aldıqları mütəxəssislərin daimi inkişaf etmələri məqsədi ilə ciddi və fundamental işlər aparılır. Əməkdaşlar yerli və xarici təlimlərə göndərilir.Hal-hazırda Azərbaycanda ən böyük işəgötürən şirkət olan SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin “Neft kapitalı insan kapitalına çevrilməlidir” təlimatına uyğun olaraq bu istiqamətdə mühüm işlər həyata keçirir.Burada gənc kadrların hazırlanması, yüksək reytinqə malik dünya universitetlərində təhsil alması, Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə neftçi ixtisasları üzrə oxuyan tələbələrin stimullaşdırılması və onların SOCAR-da yerləşdirilməsi, karyera yüksəlişi məsələlərində işlər görülür.Bundan başqa, Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzi, Qobustan Regional Təlim Mərkəzi, Sumqayıt Təlim, Tədris Mərkəzi və “Qala” Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir ki, bu mərkəzlərdə də neft sənayesi və ölkənin digər sənaye sahələri üçün yüksək ixtisaslı kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartların tələbləri səviyyəsində qurulması, sənayenin və cəmiyyətin ehtiyaclarını ödəyən yüksək keyfiyyətli təlimlərin təşkili həyata keçirilir. Anar Məmmədov, Masallı sakini. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |