Главная > Siyasət > Azərbaycanın beynəlxalq aləmdə nufuzu

Azərbaycanın beynəlxalq aləmdə nufuzu


20-07-2022, 15:41. Разместил: admin44

Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanıyır. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında,  dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
         
 Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar qazanıb. Bu uğurlar həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması istiqamətində əldə edilib. Bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq istərdim. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın apardığı uğurlu siyasətini gördük
         
Möhtərəm Prezidentimiz ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir olan, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran liderdır.  Azərbaycan xalqı çox xoşbəxtdir ki onun İlham Əliyev kimi Prezidenti vardır. Ulu öndər  Heydər Əliyev kimi  dahi şəxsiyyət,  xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda  demokratik inkişaf yoluna çıxarmağa qadir olan İlham Əliyev kimi dövlət başçısı bizlərə  bəxş etmişdir.
 
19 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Prezident  İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti,  uzaqgörənliyi sayəsində mümkün olub. Xalqımızın sosial rifahının daha da yaxşılaşdırılması dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas məqsədidir
       
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edərək söyləmişdir. “Bu gün imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. Nəzərə alsaq ki, əvvəlcə planlaşdırdığımız bütün məsələlər tərəfimizdən icra olunub, əminəm, bundan sonra da böyük uğurlara imza atacağıq. Bu gün müzakirə etdiyimiz digər məsələlər sırasında şəbəkələrin qurulması məsələsi oldu. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, biz potensialımız arasında şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Burada, Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularımızla bizi birləşdirən dəmir yolları var. Buna görə də münasibətlərimizdə şəbəkənin enerji qədər vacib olmasına yönələn birgə səylərə böyük ehtiyac duyulur.  Biz Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində işləyirik. Bunu elə indicə xanım Prezidentlə müzakirə etdik və ümidvarıq ki, gələn ay bunu başa çatdıra bilərik. Bu, ikitərəfli əməkdaşlığımıza mühüm töhfə olacaqdır. Biz Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işləyirik. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Planlarımızın icrası əlbəttə ki, ticari dövriyyəni xalqlarımızın rifahı naminə artıracaq. Əminəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var və planlaşdırdığımız bütün məsələlərin həllinə nail olacağıq.”
Bəli Prezidentimiz  müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox böyük işlər görmüşdür. İstər siyasi .istər iqtisadi cəhətdən tam müstəqil dövlətik.

Məhz iqtisadi müstəqillik nəticəsində bu gün,Azərbaycan  dünyanın ən mütərəqqi dövlətlərin birinə çevrilib. Bu Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.
 

Əntiqə Tağıyeva,
Masallı Tarix- Diyarşünaslıq Muzeyinin direktoru.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад