Главная > Siyasət > Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir21-07-2022, 15:45. Разместил: admin44 |
“Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir “bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin etməklə bərabər digər ölkələrin enerji təhlükəsizliyini də təmin edir. Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir. Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü böyük inam hissi ilə qeyd olunur. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir. Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açdı. Azərbaycan daim Avropa Komissiyası ilə təmasdadır. Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Bura neft və qaz kimi ənənəvi sahələr, həmçinin elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir. Biz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edirik. Bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpa olunan enerji mənbələrini əhatə edir. Dövlət başçısı İlham Əliyev Azərbaycan-Litva biznes forumunda qeyd edib:"Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz neft hasilatı ilə başladıq. Sonra, qaz hasilatına keçdik. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərini çəkdik. Əlbəttə ki, 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla təbii qazımız Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur. Biz bu əməkdaşlığın müsbət faydasını artıq görürük. Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq təbii ki, böyük nailiyyətdir”. Lətifə Həsənova, Masallı rayon Musaküçə kənd sakini. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |