Главная > Siyasət / Manşet > Masallı Rayon İcra Hakimiyyəti başçısının təbriki!
Masallı Rayon İcra Hakimiyyəti başçısının təbriki!22-07-2022, 13:21. Разместил: admin44 |
Hörmətli Mətbuat işçiləri! Qeyd etmək istərdim ki, mətbuat cəmiyyətin, tarixi hadisələrin, milli düşüncə və xalqın mənəviyyatının güzgüsüdür. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli təfəkkürü və mədəni mühitində yeni səhifə açılmışdır. Bu gün 147 yaşını qeyd edən Azərbaycan milli mətbuatı zəngin tarixi malikdir. Bildirmək istəyirəm ki, müstəqillik illərində böyük inkişaf yolu keçmiş, vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində, 44 günlük Şanlı tariximiz olan Vətən Müharibəsinin işıqlandırılmasında Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirmişdir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır. Hörmətli Mətbuat işçiləri! Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini yüksək qiymətləndiririk. Hər birinizi Milli Mətbuat Günü münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayır və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlətə və dövlətçiliyə sədaqətlə, şərəflə xidmətinizdə yüksək nəaliyyətlər diləyirəm. Hörmətlə, Şahin MƏMMƏDOV, Masallı Rayon İcra Hakimiyyətinin başçısı. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |