Главная > Siyasət / Maraqlı > Masallıda vətəndaşların qəbulu

Masallıda vətəndaşların qəbulu


22-07-2022, 17:23. Разместил: admin44


22 iyul 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin kiçik iclas zalında Masallı RİH başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu keçirmişdir.

Növbəti qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan “Yeni həyat” qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, növbəti qəbulda 50 nəfərə yaxın vətəndaş — Məmmədova Yenigül Mərifət qızı, Hüseynova Güldanə Əlihüseyn qızı, Xanmuradov Vüsal Sakit oğlu, Nuriyev Qismət Mikayıl oğlu, Tarverdiyev Səfa Ağaxan oğlu, Abbasova Mədinə Yusif qızı, Əzizova Zəhra Əsgər qızı, Kərimova Elnarə Dünyamalı qızı, Dadaşov Anar Sərraf oğlu, Əsgərov Mübariz Tağı oğlu, Gözəlov Pərvin Şöhrət oğlu, Xanaliyev Faiq Qardaş oğlu, Qənbərova Bəsirə Saru qızı, Hüseynov Mirzə Pənah oğlu, Cəfərova Şəfiqə Musa qızı, Abdullayev Rufulla Feyzi oğlu, Əbilov İlqar Zəki oğlu, Məmmədova Ağgül Əlibala qızı, Əliyev Kamran Abasqulu oğlu, Muxtarova Nəzakət Əhmədəli qızı, Əsədova Sona Səfərəli qızı, Mirzəyev Azər Rafiq oğlu, Atakişizadə Səməd Rahim oğlu, Səfərov Müşfiq Tahir oğlu, Ağayev Mahir Hadı oğlu, Ağayeva Zibeydə Aydın qızı, Əkbərova Yeganə Sərxoş qızı və başqaları iştirak etmiş, əsasən maddi kömək və işlə təmin olunması, sosial yardım təyin edilməsi, pensiya, ünvanlı sosial yardım almasından ötrü imtina cavabı verilməsi, payıbəlli,  həyətyanı torpaq sahəsinin verilməsi,  torpaq sahəsinin müəyyən olunması, Ukraynanın Nikolayev şəhərinə qayıtması, ev problemi, psixi xəstə, əlil uşağına kömək olunması, səhiyyə ilə, özünəməşğulluqla, qaz, işıq, sayğac borcları və s. bağlı müraciətlər etmişlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov vətəndaşların qəbulunu yekunlaşdıraraq, müraciətlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermiş, həlli mümkün olan məsələlər yerində həll olunmuş, digər məsələlər nəzarətə götürülmüşdür.







“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад