Главная > Siyasət > Prezident Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını qəbul etdi

Prezident Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını qəbul etdi


27-07-2022, 09:23. Разместил: admin44

Son illərdə erməni işğalından xilas olmuş rayonlarımızla yanaşı bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmaqdadır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunur, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Butün bunlar iqtisadi inkişafın göstəriciləri və regionların inkişafına göstərilən dəstəyin bir nümunəsidir.
 
Regionların inkişafın sürətli və davamlı olmasının ən vacib addımlarından biri də kadr syasətidir. Bu yolda hər bir idarə və müəsisə rəhbəri öz işinə məsuliyyətlə yanaşmalı, vətəndaş  məmnuniyyətini ən yüksək səviyyədə təmin etməlidir. Rayonla təyin olunan İcra Hakimiyyəti başçılarının da bu istiqamətdə rolu böyükdür. Çünki, İcra Hakimiyyəti başçıları iqtisadi-siyasi motivin güzgüsü, prezidentinin yerlərdə təmsilçiləri, bir sözlə nümunəvi ölkə vətəndaşı, örnək şəxlər olmalıdır.

Bu yolda atılan addımlardan biri də iyul ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmalarıdır. Ümüdvarıq ki, bütün bu addımlar xalqımızın rifahına, ölkəmizin daha da çiçəklənməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan respublikası artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir. Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir

Çiçəklənən Azərbaycan Respublikası yeni-yeni iqtisadi-siyasi zəfərlərlə daha da gözəlləşəcək, daha da inkişaf edəcəkdir.


Ceyhun Hüseynov,
Masallı MRX-nın mütəxəssisi.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад