Главная > Siyasət > Prezident yeni təyin olunmuş İcra Başçılarını qəbul edib
Prezident yeni təyin olunmuş İcra Başçılarını qəbul edib26-07-2022, 09:29. Разместил: admin44 |
Azərbaycan Respublikası rayonlarının inkişafı uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev daim rayonların abadlıq-quruculuq işlərinə xüsusi diqqət yetirmiş, mövcud problemlərin həll olunub, aradan qaldırılması üçün təlimatlar vermişdir.Dövlət Proqramının icrası nəticəsində son illərdə rayonlarımızda bir sıra mühüm işlər icra olunmuşdur.25 iyul tarixində Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etdi. Masallı,Lerik,Göygöl İcra Hakimiyyəti başçılarını vəzifəyə təyin olunmasıyla bağlı etdiyi çıxışı zamanı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra məsələlərə toxundu.O, ilk öncə yeni təyin olunan İcra Hakimiyyəti başçılarına onlara göstərilən etimadı doğruldacağına ümidvar olduğunu bildirdi. İlham Əliyev bildirdi ki, rayonlarda son zamanlar elektrik enerjisi,suvarma şəbəkələri,yol infrastrukturu,xəstəxana,məktəblər inşa olundu.Lerik rayonu dağlıq rayon olmasına baxmayaraq burada da yuxarıda sadalananlar imkan daxilində həyata keçirilmişdir. İlham Əliyev göstəriş verdi ki, daim insanlarla təmasda olmaq lazımdır.Bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etmək lazımdır .Nəyə gücünüz çatırsa, rayon daxilində həll etmək lazımdır. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməli, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir.Rayon İcra Hakimiyyətinin nümayəndələri onlara biganə yanaşmamalı,hər zaman onları diqqət mərkəzində saxlamalı,problemlərinin həll edilməsi üçün səy göstərməlidirlər. Azərbaycan coğrafi cəhətdən çox əlverişli mövqedə yerləşir.Azərbaycanın yerləşdiyi coğrafi məkan ona bir sıra i.kanlar verir ki,öz inkisaf perspektivlərini,həyata keçirsin.Masallı,Göygöl,Lerik rayonları da elə rayonlardır ki,burada bir sıra istiqamətdə iqtisadi layihələr həyata kəçirilə bilər.İlk növbədə bu rayonların gözəl təbiəti,səfalı yerləri bizə burada sektorunun inkişafı üçün geniş imkanlar açır.Son illərə bu rayonlarda bir sıra turuzm komleksləri- otellər,istirahət merkəzləri və s tikilmişdir. Digər məsələlərdən biri də rayon əhalisinin iş yerləri ilə təmin olunmasıdır.Çünkı,Azərbaycan əhalisinin sayı günü-gündən artır,bu məsələ ilə ciddi məşğul olunmazsa gələcəkdə böyük problemlərə yol aça bilər.Ona görə də Rayon İcra Hakimiyyəti başçıları və onların səlahiyyətli nümayəndələri belə məsələlərlə ciddi maraqlanmalıdırlar. Həmçinin İlham Əliyev bidirdi ki, İcra HHakimiyyəti başçılarının əarşısında duran ən əsas vəzifə dalətlə işləmələridir.Ədalətin mövcud olduğu cəmiyyətdə sağlam mühit olur. Çıxışının sonunda İlham Əliyev bir daha yeni İcra Hakimiyyəti başçılarına böyük etimad göstəriyini vurğuludı.Yeni İcra Hakimiyyəti başçıları da onlara göstərilən etimada görə Prezidentə minnətdarlığını bildirdi və vəzifələrini layiqincə yerinə yetirəcəklərinə söz verdilər. Elanora Babayeva, Masallı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |