Главная > Siyasət > Prezidentin yeni İcra başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu

Prezidentin yeni İcra başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu


26-07-2022, 09:33. Разместил: admin44


Yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən çox asılıdır. Hər bir  dövlət məmuru öz işi və dövlətçilliyə sadiq olmaqla xalqına  nümunə olmalıdır.Yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən çox asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar.

Bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası ilə bağlı geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələr icra edilir və edilməkdə davam edir. İnfrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz.
Prezident İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən deyib. “Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.

Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.”
       
Şəhid ailələrinə dövlət tərəfindən  diqqətin daim göstərildiyini bildirərək Möhtərəm prezidentimiz demişdir: Biz  Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.”
Bəli hər bir dövlət məmuru Cənab İlham Əliyevin verdiyi bütün tapşırıqlara əməl etməli Dövlət və dövlətçiliyinə sadiqliyini daim  uca tutmalıdılar.

Prezident cənab ilham Əliyevin sərəncamına əsasən yeni təyin olunmuş  İcra Hakimiyyəti başçılarını təbrik edir,yeni təyinatda onlara uğurlar arzu edirəm.



Əntiqə Tağıyeva,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru.



“Yeni həyat” qəzeti,
www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад