Главная > Siyasət > Prezident İlham Əliyev Göygöl, Lerik və Masallı rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etmişdir.

Prezident İlham Əliyev Göygöl, Lerik və Masallı rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul etmişdir.


26-07-2022, 09:41. Разместил: admin44

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni iqtisadi siyasət strategiyası həyata keçirilməyə başladı. Dövlət başçısının prezidentlik fəaliyyətində sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir.Uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmışdır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuş, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. İnfrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz.Cənab Prezentin uğurlu siyasəti nəticəsində elə infrastruktur layihələri icra edilmişdir ki, sovetlər dönəmində belə  bunlar icra edilə bilinməmişdi. Belə ki, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Cənab Prezident İlham Əliyevin göstərişi ilə Lerikə qaz çəkilmişdir.

Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq  imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşmışdır. Son dövürdə bir neçə  icra başçısı işində ciddi nöqsanlara yol verdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Cənab Prezident bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərindən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı  amansız mübarizə aparılsın və icra başçıları burada nümunə olsunlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gedirlər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır.
     
Yeni təyin olunan icra başçılarına Cənab İlham Əliyev tapşırmışdır ki, daim insanlarla təmasda olsunlar.Bütün kəndlərdə olsunlar, kənd camaatının qayğıları ilə yaşasınlar, onları narahat edən problemləri onların dilindən eşitsinlər və imkan daxilində bu problemləri həll etsinlər. Nəyə gücləri çatırsa, rayon daxilində həll etsinlər. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlidirlər ki, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Düşünürük ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir.Cənab İlham Əliyev daim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşləri olur, onların məişət problemləri dövlət xətti ilə həll olunur. 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək.

Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmamalıdır, əksinə, daim onların yaşayışı məşğulluğu ilə maraqlanmalıdır. Rayonların inkişafı ilə bağlı Rayon İcra hakimiyyətinin başçıları  təşəbbüs göstərməlidir. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra edilsin, ya da ki, sahibkar gəlib onların qapısını döyəcləsin. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Rayon İcra Hakimiyyətinin Başçıları sahibkarları rayonlara cəlb etməlidir həm yerli sahibkarları, həm də xarici sahibkarları.     Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir – meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək mümkündür. Son illərdə bir çox işlər görülüb. Göygöl, Lerik və Masallı rayonlarında  müasir istirahət zonaları, otel kompleksləri inşa edilib və əlbəttə ki, bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl, Göygöl gölünü də ictimaiyyət üçün açılmışdır.

Cənab Prezidentimizin sayəsində Göygöl gölü turizm obyekti kimi , gölün ekoloji vəziyyəti, ekosistemi qorunmaq şərtilə açılmış və indi  minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edirlər. Əlbəttə ki, bu gözəl yerin turizm üçün çox böyük əhəmiyyəti var.Azərbaycanın digər rayonlarının da turizm potensialı çox zəngindir. Vaxtilə Lənkəran-Lerik yolu bərbad vəziyyətdə olduğu üçün Lerik rayonuna demək olar ki, turizm axını yox idi. Cənab Prezident İlham Əliyevin göstərişi ilə  yol əsaslı şəkildə təmir olundu, yenidən quruldu. Lerik rayonuna da turizm axını başlamışdır. Bu rayonun da çox böyük tarixi, çox böyük sərvətləri var. Masallı rayonunun da həmçinin. Masallı rayonunun dağlıq hissəsi, düzən hissələri var.Doğma Azərbaycanımızın hər bir güşəsi gözəldir, unikaldır və turizim potensialı yüksəkdir.



Arif Mehtiyev,
Masallı rayon Bədəlan kənd sakini.


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад