Главная > Siyasət / Manşet > Rayon rəhbəri Mahmudavar, Türkoba, Tüklə və Hişkədərə ərazilərdində

Rayon rəhbəri Mahmudavar, Türkoba, Tüklə və Hişkədərə ərazilərdində


2-08-2022, 18:54. Разместил: admin44

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 iyul 2022-ci il tarixli Sərəncamı ilə Masallı rayonuna İcra Hakimiyyətinin başçısı təyin edilmiş Araz Süleyman oğlu Əhmədov ərazilərdə əhalinin vəziyyəti ilə tanış olur, şəhid məzarlarını ziyarət edir, vətəndaşların mürtaciətlərini dinləyir, problemləri ilə maraqlanır.

Rayon rəhbəri olduğu bütün ərazilərdə səmimiyyətlə qarşılanır, insanların rastlaşdıqları çətinliklərin həlli ilə maraqlanır.

Görüşlərdə Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul zamanı tarixi nitqini dilə gətirərək, bir daha bildirmişdir ki, şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir… Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik. Bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir. Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir.

2 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun böyük yaşayış məntəqələrindən olan Mahmudavar kəndi ərazisində sakinlərlə ilk tanışlıq görüşü keçirmişdir.

Kənd ərazi nimayəndəliyinin binasının qarşısındakı bağda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edən cənab Araz Əhmədov bura gül dəstəsi qoymuşdur. Sonra icra başçısı kənd qəbiristanında olmuş, burada Birinci və İkinci Qarabağ şəhidlərinin, Ulu Öndərin silahdaşı və Masallıda YAP-ın ilk təşkilatını yaradan Şirvan Əbilovun məzarını ziyarət edib, tər qərənfillər düzmüşdür. Rayon rəhbəri ağsaqqalların istirahət guşəsində ağsaqqal, Şəhid valideynləri, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.

Çıxış edən sakinlər A.Əhmədova yeni vəzifəsində uğurlar diləmiş, bəzi problemlərin həllindən kömək göstərməsini və tez həll olunmaslını xahiş etmişlər.

Masallı Rayon İcra hakimiyyətinin təsisçiliyilə nəşr edilən “Yeni həyat” qəzetinin Baş redaktoru Əlihüseyn Şükürov, məsul katibi Həsənağa Əliyev (fotoqraf Rəşad Fərəcov) xəbər verirlər ki, sonda Masallının rəhbəri kəndin görkəmli yerində yaradılmış Böyük Vətən müharibəsində həlak olmuş və Qarabağ uğrunda şəhidlik zirvəsinə ucalmışların abidə kompleksini ziyarət etmiş, önündə gül dəstələri qoymuş, ruhlarına dualar oxunmuşdur.

Həmin gün Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Türkoba, Hişkədərə, Tüklə ərazilərinin kəndlərində də olmuş, vətəndaşlarla görüşmüş, şəhid məzarlarını, abidə komplekslərini ziyarət edərək, tər qərənfillər düzmüşdür. Bu ərazilərin vətəndaşları ilə görüş zamanı sakinlər şəxsi və kəndin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərməsini xahiş etmişlər. İcra başçısı Türkoba ərazisində olarkən nümayəndəliyin binasındakı vəziyyətə baxmış, Qəzvinoba kəndindəki məktəbin qəzalı vəziyyətdə olan binası ilə tanış olmuşdur. Cənab başçı sakinləri, məktəbin pedaqoji kollektivini əmin etmişdir ki, burada tezliklə yeni məktəb binası ünvan tapacaqdır.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.














“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад