Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Boradigah, Bədəlan, Kolatan və Sığdaş ərazilərində

Masallıda rayon rəhbəri Boradigah, Bədəlan, Kolatan və Sığdaş ərazilərində


3-08-2022, 17:51. Разместил: admin44

03 avqust 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov rayonun Boradigah, Bədəlan, Kolatan və Sığdaş ərazilərinin sakinləri ilə görüşmüşdür.

Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon İcra Hakimiyyəti Başçısının I müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri, Qəşəm Hadıyev, Afəddin Kərimov, şöbə müdiri əvəzi Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət edir, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyurlar.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.

Boradigah qəsəbə, Bədəlan, Kolatan və Sığdaş kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Aygün Quliyeva, Nəcməddin Quliyev, Ədalət Əhmədəov, Mətləb Bağırov, Rauf Cəbiyev, Etibar Sadıqov, Turac Quliyev və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, köməklik göstərilməsini xahiş etmişlər.

Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülmüşdür.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov da öz növbəsində Cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.














“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад