Главная > Siyasət / Manşet > Rayon rəhbəri Qızılağac, Viləş, Yeddioymaq, və Şıxlar ərazilərində

Rayon rəhbəri Qızılağac, Viləş, Yeddioymaq, və Şıxlar ərazilərində


4-08-2022, 19:06. Разместил: admin44

04 avqust 2022-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov rayonun Qızılağac, Viləş, Birinci və İkinci Yeddioymaq, Qasımlı, Şıxlar ərazilərinin sakinləri ilə görüşmüşdür.

Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon İcra Hakimiyyəti Başçısının I müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin və Böyük Vətən müharibəsində həlak olanların məzarlarını, abidə komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.

Rayon rəhbəri Viləş kəndində, iki şəhid qardaşın  – Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin böyüyüb boya-başa çatdığı evdə olmuş, şəhidlərin valideynləri Ziba və Bayram Əsgərovanın problemlərini dinləmiş, qəhrəman övladlarının ev muzeyini ziyarət etmişdir.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.

Qızılağac, Viləş, Birinci və İkinci Yeddioymaq, Qasımlı, Şıxlar kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Malik Xəlilov, Zabir Qurbanov, Subhan Babayev, Allahverdi Ağayev, Elşən Əsədov, Qurbanəli Məmmədov, Feyruz Qurbanov və başqaları içməli su, qəzalı elektrik dirəkləri, eləcə də yaşadıqları ərazilərin digər problemlərini rayon rəhbərinə çatdırmış, köməklik göstərilməsini xahiş etmişlər.

Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülmüşdür.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov da öz növbəsində Cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.

















“Yeni həyat” qəzeti,
www.yeniheyet.az



шаблоны для dle 11.2
Вернуться назад