Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərində
Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərində6-08-2022, 17:59. Разместил: admin44 |
06 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərinin sakinləri ilə görüşmüşdür. Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri, Qəşəm Hadıyev, Afəddin Kərimov, şöbə müdiri əvəzi Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir. Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə komplekslərini ziyarət edir, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxuyurlar. Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır. Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. 06 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonun Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərinin sakinləri ilə görüşmüşdür. “Yeni həyat” qəzeti,
www.yeniheyet.az Вернуться назад |