Главная > Siyasət > Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb15-01-2018, 16:53. Разместил: yeni321 |
Prezident İlham Əliyev Bolqarıstanın Baş naziri ilə görüşüb Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşıladı. Sonra birgə foto çəkdirildi. Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olundu, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi. Вернуться назад |