Главная > Siyasət / Manşet > Ərkivan qəsəbə ərazisində səyyar görüş-qəbulu

Ərkivan qəsəbə ərazisində səyyar görüş-qəbulu


10-08-2022, 18:56. Разместил: admin44

10 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Ərkivan qəsəbə ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.

Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan edərək ərazi barədə mə\lumatlar vermək üçün sözü Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinə verdi.

Masallı RİHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədov ərazi barədə geniş məruzə ilə çıxış etdi.

Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Ağayev Akif Vaqif oğlu, Nuriyev Müşfiq Ramiz oğlu, Şiriyev Məmmədağa Məmmədəli oğlu, Əliyev Mehman Musa oğlu, Mənsimov Həmid Həbib oğlu, Cəfərov Əsədulla Qüdrət oğlu, Məmmədov Güloğlan Xanoğlan oğlu, Əmənov Zahir Əbiş oğlu, Əliyev Mirnuh Davud oğlu, Kazımov Çingiz Haqverdi oğlu və başqaları Bağlaküçə və Pələnküştə məhəllələrində mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, rabitə xəttlərinin yenilənməsi, köhnə qaz xəttlərinin dəyişdirilməsi, Ərkivan qəsəbə ərazisində yerləşən məktəblərin təmir olunması, Bədirli məhəlləsinə iki kilometr və Allahyarlı kəndinə asfalt örtüyü döşənməsi, suötürücü kanallar korlandığından payız və qış aylarında evlərdə subasma hallarının yaranması və s. məsələlər barədə müraciətlər etmişlər.

 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.







“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад