Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl ərazilərində

Masallıda rayon rəhbəri Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl ərazilərində


11-08-2022, 19:09. Разместил: admin44

11 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun  Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl kəndlərinin sakinləri ilə görüşmüşdür.
Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov və şöbə müdiri vəzifəsini ifa edən Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir.

Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə — bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar.

Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır.

Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir.

Təzəkənd, Sərçuvar, Sirəbil, Xıl və Göyəçöl kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Ağayev Fuad Əjdər oğlu, Əliyeva Qızqayıt Əvəz qızı, Əzizova Narxanım Əhmə qızı, Məhərrəmov Yolbəyi Vəkil oğlu, Mikayılov Aqil Mikayıl oğlu, Heydərov Elçin Qulaməli oğlu, Şükürov Vaqif Şükür oğlu, Hüseynov Süleyman Qurbanəli oğlu,  Əhmədov Zeyni Əli oğlu, Abıyev Niyaz Hənifə oğlu, Ağayev Əziz Paşa oğlu, Əmənov Əsgər Qüdrət oğlu, Hüseynov Sədi Hüseynxan oğlu  və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər.
Bütün təklif və xahişlər həlli üçün qeydiyyata götürülmüşdür.

Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir.















“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад