Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri idmançılarla görüşdü

Masallıda rayon rəhbəri idmançılarla görüşdü


12-08-2022, 19:01. Разместил: admin44

12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov müxtəlif Beynəlxalq yarışlarda qələbə qazanan idmançılar Məmmədova Ruzanna Səxavət qızı, Rəşidli Rəşid Rəssam oğlu, Mirzəyev Bəhruz Şakir oğlu, Əliyev Zəfər Cəlal oğlu və Əmrahov Əmrah İltizam oğlu ilə görüşmüşdür..

Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə RİHB-nın məsul şəxsləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, idman ustaları, gənclər, qalib adını alan gənc idmançılar, valideynlər, KİV nümayəndələri iştirak ediblər.

İcra başçısı gənc idmançıları qazandıqları qələbələr münasibəti ilə təbdik edib. Natiq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə rayonumuzda da diqqətəlayiq işlər görüldüyünü qeyd edib. Rayon rəhbəri bildirib ki, Masallıda bütün sahələr, təhsil, səhiyyə, mədəniyyət, o cümlədən də idman sahəsi gündən-günə inkişaf edir. Bu gün Masallı gəncləri idman sahəsində qazandığı uğurlarla, idmançılarının qələbələri ilə dünyaya səs salır.

Tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və idmançılar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda xatirə şəkilləri çəkdirilib.






“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад