Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Banbaşı və Yeyənkənd ərazilərində
Masallıda rayon rəhbəri Banbaşı və Yeyənkənd ərazilərində13-08-2022, 18:35. Разместил: admin44 |
13 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Banbaşı və Yeyənkənd kəndlərinin sakinləri ilə görüşmüşdür. Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov və şöbə müdiri vəzifəsini icra edən Əlimərdan Abdullayev, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir. Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə-bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar. Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır. Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. Banbaşı, Böyük Xocavar, Binə Xocavar və Yeyənkənd kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən Əzimov Əzim Heydər oğlu, Teymurov Rais Teymur oğlu, Hüseynov Tofiq Qəyyum oğlu və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər. Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir. “Yeni həyat” qəzeti, www.yeniheyet.az Вернуться назад |