Главная > Siyasət > Prezident Basqal qəsəbəsində

Prezident Basqal qəsəbəsində


15-08-2022, 17:11. Разместил: admin44

Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir. Məhz bu məsələlər Prezident İlham Əliyevin uzaqgörən və dəqiq siyasətinin nəticələridir ki, bunu hər bir məsələdə aydın şəkildə görmək mümkündür.

Son illərdə erməni işğalından xilas olmuş rayonlarımızla yanaşı bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxmaqdadır. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunur, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir. Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Butün bunlar iqtisadi inkişafın göstəriciləri və regionların inkişafına göstərilən dəstəyin bir nümunəsidir.
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Ölkə prezidenti öz müsahibəsində regionlarda aparılan islahatlar, sosial  və iqtisadi inkişaf prossesindən bəhs etmişdir.
Azərbaycan respublikası artıq dünya miqyasında bir çox sahələr üzrə öz sözünü demiş, hesablaşılan bir dövlətə çevrilmişdir. Dövlətimiz hər gün daha da çiçəklənir gözəlləşir, bütün dünyaya güclü bir dövlət olduğunu laiqincə isbat edir. Azərbaycan xalqı humanist və səbrli olduğu qədər qətiyyətli və dönməzdir

Çiçəklənən Azərbaycan Respublikası yeni-yeni iqtisadi-siyasi zəfərlərlə daha da gözəlləşəcək, daha da inkişaf edəcəkdir.



Ceyhun Hüseynov,
Masallı MRX İƏ söbəsinin mütəxəssisi.



“Yeni həyat” qəzeti
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад