Главная > Siyasət / Manşet > Masallıda rayon rəhbəri Təzə Alvadı və Köhnə Alvadı kənd ərazilərində
Masallıda rayon rəhbəri Təzə Alvadı və Köhnə Alvadı kənd ərazilərində16-08-2022, 18:19. Разместил: admin44 |
16 avqust 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov rayonun Təzə Alvadı və Köhnə Alvadı kəndlərinin sakinləri ilə görüşmüşdür. Görüşlərdə rayon rəhbəri ilə yanaşı rayon icra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov, aparatın şöbə müdirləri Qəşəm Hadıyev, Afəddin Kərimov və şöbə müdiri vəzifəsini icra edən Əlimərdan Abdullayev, baş məsləhətçi Vəli Muxtarov, ağsaqqallar, din xadimləri, ziyalılar, şəhid ailələri, qazilər, gənclər və ərazi sakinləri iştirak etmişdir. Rayon rəhbəri və görüş iştirakçıları əvvəlcə ərazilərdə olan 1941-1945-ci illərin Böyük Vətən müharibəsi, Birinci və İkinci Qarabağ şəhidlərinin məzarlarını, abidə-bulaq komplekslərini ziyarət etmiş, məzarları önünə gül dəstələri qoyaraq şəhidlərin ruhlarına dualar oxumuşlar. Bütün görüşlərdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Qeyd etmək yerinə düşər ki, icra başçısı həmçinin Təzə Alvadı kənd qəbiristanında uzun müddət rayonda müxtəlif vəzifələrdə və ictimai işlərdə çalışmış, cəmiyyətdə dərin nüfuzu olan Maşallah Əbülfəz oğlu Kərimovun da məzarını ziyarət etmiş, üzərinə təzə güllər düzmüşdür. İcra başçısı ölkə rəhbərinin tapşırırıq və tövsiyələrini bir daha vətəndaşlara çatdırmışdır. Sonra rayon rəhbəri ağsaqqallar, şəhid valideynləri, qazi, ziyalı və sadə vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmişdir. Təzə Alvadı, Əhmədli və Köhnə Alvadı kəndləri ərazilərinin vətəndaşları ilə görüş zamanı sakinlərdən İsmayılov Hacı Səyyid oğlu, Quliyeva Sevinc Zakir qızı, Məmmədov Tərlan Kontov oğlu, Ələsgərova Göyçək Saleh qızı, Yusubov Yavər Nüsrət oğlu, Kərimov Allahşükür Soltan oğlu, Fətəliyev Əlihüseyn Qiyas oğlu, Kərimov Əzim İman oğlu, Quliyev Hacı Fəyyaz oğlu, Səlimov Məmməd Vahid oğlu, Fıərəcov Elşad Əbülfəz oğlu, Bağırov Fərhad Qurban oğlu, Fətullayev Ağa Balaxan oğlu, Seyfullayev Cəbrayıl Mansur oğlu, Əlişov Əli Mahmud oğlu və başqaları yaşadıqları ərazilərin problemlərini rayon rəhbərinə çatdırmış, kömək göstərilməsini xahiş etmişlər. Görüş zamanı çıxış edən sakinlər rayon rəhbərinə yeni vəzifəsində uğurlar diləmişlər. Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov da öz növbəsində cənab Prezidentin etimadını doğruldacağını sakinlərə bildirərək görüşləri yekunlaşdırmış və hər zaman əhalinin qayğıları ilə maraqlanacağını bildirmişdir. “Yeni həyat” qəzeti www.yeniheyet.az Вернуться назад |